Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda təsis edilib. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaq, həmçinin B2G, B2B, B2C-ni təşviq etmək və fəal şəkildə iştirak etməkdir.
Caspian Energy Club biznes-netvorkinq üçün beynəlxalq platformadır və mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, BƏƏ, İsrail, Almaniya, Polşa, Slovakiya, Çexiyada rəsmi nümayəndəlikləri, həmçinin, dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Premium üzv : 50 brend
Platin üzv : 24 brend
Qızıl üzv: 12 brend
Gümüş üzv: 6 brend
Networking üzv: 1 brend
Qeyd edək ki , Klub üzvləri üçün iştirak ödənişsizdir. Qeyri klub üzvləri üçün iştirak haqqı 500 AZN + 18% ƏDV təşkil edəcək.